Modern.az

Tibb Universitetində oğlanlar yataqxanası istifadəyə verildi - FOTOLAR

Tibb Universitetində oğlanlar yataqxanası istifadəyə verildi - FOTOLAR

Təhsil

10 Oktyabr 2013, 12:48

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tələbə yataqxanasının açılışı olub. Modern.az xəbər verir ki, açılış mərasiminə ATU-nun rektoru, Milli Məclis üzvü, akademik Əhliman Əmiraslanov da qatılıb.

Ə. Əmiraslanov əsaslı təmirdən çıxan yataqxana binasındakı otaqları gəzib, burada tələbələr üçün yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, 180 nəfər üçün nəzərdə tutulan yataqxanada oğlan tələbələr yaşayacaq. Beş mərtəbəli yataqxana binasının hər mərtəbəsində mətbəx, yeməkxana, hamam var. Otaqlar çarpayı ilə yanaşı yazı masası, zəruri mebel və sanitar qovşağı ilə təmin olunub. Müasir yataqxana binasının hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün 2 qonaq otağı, oxu zalı da fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsində xarici tələbələr üçün nəzərdə tutulub. Burada 15 təkadamlıq otaq, 8 dörd nəfərlik, 8 iki nəfərlik, 39 üç nəfərlik otaqlar var.  Hazırda Azərbaycan Tibb Universitetində 6 yataqxana binası fəaliyyət göstərir. Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı ATU-nun 1 və 2 saylı tələbə yataqxanalarından hospital kimi istifadə edilib. Sonrada 4 müasir tipli yataqxana binası tikilərək tələbələrin ixtiyarına verilib. Son 10 ildə yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılıb, binalar ən yeni avadanlıqlarla təchiz edilib, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb.  









Gültəkin ƏLƏSGƏR
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir