Modern.az

Rusiya dağılmasa, 24 fevral 2022-ci il tarixi təkrarlanacaq - BUDANOV

Rusiya dağılmasa, 24 fevral 2022-ci il tarixi təkrarlanacaq - BUDANOV

Dünya

28 Fevral 2024, 17:44

"Rusiya Federasiyası daxildən dağılmasa, 24 fevral 2022-ci il təkrarlanacaq".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov deyib.

 

Onun sözlərinə görə, bundan qaçmaq üçün yeni beynəlxalq təhlükəsizlik sistemi qurmaq lazımdır. O əlavə edib ki, Ukrayna üçün maksimum proqram təkcə 1991-ci il sərhədlərinə çıxış deyil, həm də Rusiya Federasiyasının daxildən dağılmasıdır.

 

"Lakin biz fikrimizlə, silahımızla, diplomatiyamızla, kəşfiyyatımızla bu prosesə mümkün qədər töhfə verməliyik. Digər hallarda, Ukrayna üçün 24 fevral 2022-ci il səhəri müəyyən fasilələrlə təkrarlanacaq", - o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi