Modern.az

Ekologiyaya zərər vuran vasitələrlə balıq ovlayanlar saxlanıldı

Ekologiyaya zərər vuran vasitələrlə balıq ovlayanlar saxlanıldı

Aktual

29 Fevral 2024, 12:38

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları ekologiyaya ciddi zərər vuran vasitələrlə balıq ovlayan şəxsləri saxlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb.

 

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər