Modern.az

Daha iki milyoner Rusiya vətəndaşlığından İMTİNA EDİB

Daha iki milyoner Rusiya vətəndaşlığından İMTİNA EDİB

29 Fevral 2024, 14:10

2017-2021-ci illərdə “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqinə daxil olan Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. Onlar Veeam Softvare və Object First informasiya texnologiyaları şirkətlərinin təsisçiləridir.

“Forbes” 2020-ci ildə Baronovun sərvətini 770 milyon dollar, Timaşevinkini isə 680 milyon dollar qiymətləndirib. Onların əsas varidatı Veeam Softvare proqramının 2020-ci ildə ABŞ-ın vençur kapitalı Insight Partners fonduna 5 milyard dollara satışından əldə edilən gəlirdən formalaşıb.

Hər iki sahibkar uzun müddətdir xaricdə yaşayır: Baronov İsveçrədə, Timaşev ABŞ-da.

Onlar Rusiyanın Kiprdəki səfirliyində vətəndaşlıqdan çıxmaq prosedurunu tamamlayıblar.

“Forbes2in məlumatına görə, iş adamları Kipr vətəndaşlığını saxlayıblar.


Baronov Rusiya vətəndaşlığından hələ 2023-cü ilin aprelində imtina etməyə başlayıb və məsələ dekabrda həll olunub, - “Forbes” yazıb.

Timaşev 2024-cü ilin yanvarında Rusiya vətəndaşlığından imtina edib.
 

Beləliklə, ən zəngin ruslar siyahısında olmuş 9 iş adamı son 2 il ərzində pasportlarını Rusiyaya təhvil verib. Bunlar aşağıdakı iş adamlarıdır:
 

Timur Turlov - Freedom Holding investisiya şirkəti;

Yuri Milner - DST Global vençur fondu;

Nikolay Storonski - onlayn bank Revolut;

İqor Makarov - Areti şirkətlər qrupu;

Vasili Anisimov - developer Coalco;

Ruben Vardanyan - "Troyka Dialoq" investisiya şirkəti;

Oleq Tinkov - Tinkoff onlayn bankı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir