Modern.az

YAP Kəlbəcər rayon təşkilatında partiya fəalları ilə görüş - FOTO

YAP Kəlbəcər rayon təşkilatında partiya fəalları ilə görüş - FOTO

Aktual

29 Fevral 2024, 13:22

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur regional təhsil idarəsinin Kəlbəcər rayon sektorunun  14 saylı tam orta məktəbində partiya fəalları ilə görüş kecirib.

 

Modern.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ölkəmizin həyatında mühüm siyasi kampaniya olan prezident seçkilərinin əsas mərhələsi artıq geridə qaldı və bu mərhələnin, yəni fevral ayının 7-nə təyin olunmuş səsvermənin nəticəsi isə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkəmizi inkişaf yoluna çıxaran hazırkı siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Bu həm də torpaqlarımızın işğaldan azad edilməsindən və ərazilərimizdə erməni separatçılığına son qoyulmasından sonra Azərbaycanda keçirilən ilk seçki idi. Əvvəlki bütün seçkilərdən fərqli olaraq budəfəki seçkilər bütöv Azərbaycanda keçirildi.  Ölkə vətəndaşları həm də Qarabağ və Şərqi Zəngəzurda səs verdilər.  Bu, İlham Əliyevə əvvəlki Prezident seçkiləri ilə müqayisədə verilən ən yüksək səsdir. Verilən hər bir səs, göstərilən dəstək ötən 20 ildə görülən işlərə ən real qiymətdir. Dövlət başçısı proqram xarakterli çıxışında ilk növbədə tarixi zəfərimizlə bağlı çox mühüm qiymətləndirmələr apardı və bu qələbəni şərtləndirən amilləri təhlil etdi. Qeyd olundu ki, güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Bəli, məhz birlikdə olmağımız, həmrəyliyimiz, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın böyük dəstəyi sayəsində bu tarixi zəfərə imza atdıq, bütün ərazilərimizdə suverenliyimizi təmin etdik. Həbib Misirov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs etdi. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

 

Kəlbəcər rayon 14 saylı tam orta məktəbin direktoru Mərziyyə Baxşəliyeva çıxış edərək bildirdi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.  Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.

 

Partiya veteranı Polad Müseyibov və digərləri çıxış edərək bildirdilər ki, Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firəvan etmək məqsədi daşıyır.

 

İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir.

 

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Kəlbəcər rayon 14 saylı tam orta məktəb üzrə ərazi partiya təşkilatı yaradılıb.

 

Kəlbəcər rayon 14 saylı tam orta məktəbin direktoru Baxşəliyeva Mərziyyə Muğan qızı Kəlbəcər rayon 14 saylı tam orta məktəb üzrə ərazi partiya təşkilatına sədr seçilib. Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər