Modern.az

Türkiyənin Təhsil Nazirliyindən Qənirə Paşayevaya böyük SAYĞI

Türkiyənin Təhsil Nazirliyindən Qənirə Paşayevaya böyük SAYĞI

Parlament

29 Fevral 2024, 14:36

Türkiyə Respublikasının Təhsil Nazirliyi Azərbaycanın mərhum millət vəkili Qənirə Paşayevaya hörmət və ehtiram nümayiş etdirib.

Modern.az saytı xəbər verir ki, qardaş ölkənin Təhsil Nazirliyi tərəfindən xaricdə işə təyinat alacaq müəllimlərin test imtahanı suallarından biri mərhum Qənirə Paşayeva ilə bağlı tərtib olunub.

Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində dünyasını dəyişib. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görmüş və o, ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya yerləşdirilmişdi.
Həkimlərin səylərinə baxmayaraq Qənirə xanımın həyatını xilas etmək mümkün olmayıb.
Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu