Modern.az

Gödəkçənin astarında tanışına narkotik keçirmək istədi - YAXALANDI

Gödəkçənin astarında tanışına narkotik keçirmək istədi - YAXALANDI

Aktual

29 Fevral 2024, 14:28

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Ədliyyə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Məhkum Əfrail Raqin oğlu Əliyevə tanışı Nailə Vidadi qızı Ələkbərova tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülüdə 0,462 qram heroin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər