Modern.az

Müəllimlərin maaşı normal olmayıb, buna görə repetitorluğa başlayıblar - Nazir

Müəllimlərin maaşı normal olmayıb, buna görə repetitorluğa başlayıblar - Nazir

29 Fevral 2024, 16:28

Müəllim dərsdən sonra şagirdlə məşğul ola bilər, dərs keçə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

 

“Bu, qeyri-qanuni bir hal deyil. Uzun müddət məktəb müəllimlərinin əməkhaqqı normal olmayıb. Bu səbəbdən repetitorluq fəaliyyəti başlayıb. Bunun qarşısını almaq üçün islahat bir gündə olmur. Müəllimlərin əməkhaqlarını sertifikatlaşdırma ilə artıraraq, müəllimlərin məktəblərdə dərsdən sonra ödənişli yollarla dərs keçməsinin qarşısını ala bilərik. Mənim fikrimcə, müəllimin öz sinifindən olan şagirdə repetitorluq xidməti göstərməsi mənəvi cəhətdən düzgün deyil”,- deyə nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir