Modern.az

Azərbaycanda bu universitet BAĞLANIR

Azərbaycanda bu universitet BAĞLANIR

Təhsil

29 Fevral 2024, 16:35

Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır. 

 

Universitetdə təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.

 

"Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək", - o qeyd edib.

 

Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir