Modern.az

6 evdən oğurluq edən şəxs tutuldu - VİDEO

6 evdən oğurluq edən şəxs tutuldu - VİDEO

Aktual

29 Fevral 2024, 16:49

Bakıda 6 evdən oğurluq edən şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

 

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər