Modern.az

Əlilliyi olan insanlar üçün metronu əlçatan etməliyik - Nazirlik rəsmisi

Əlilliyi olan insanlar üçün metronu əlçatan etməliyik - Nazirlik rəsmisi

29 Fevral 2024, 17:54

Hazırda əlilliyi olan şəxslər öncədən xəbər verməklə metrodan istifadə edə bilirlər.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

 

O deyib ki, bu gün əlilliyi olan bəzi insanlar kimdənsə kömək almadan özləri metrodan istifadə etmək istəyirlər:

 

"Reallıq odur ki, bunun üçün ya eskalatorlar dəyişdirilməlidir, ya da lift quraşdırılmalıdır. Bu isə praktiki olaraq resurs tələb edir və ya qeyri-mümkündür. Buna görə alternativ variantlarla əlilliyi olan insanlar üçün metropaliteni əlçatan etmək üçün çalışmalıyıq".

 

Sabir Qocayev əlavə edib ki, gələcəkdə tikinti şirkətləri qarşısında məcburi tələb qoymaq olar ki, iş aparılarkən müyəssərlik təmin edilsin:

 

"Lakin biz nə qədər qanunvericiliyi təkmilləşdirsək də, insanlar özləri bu məsələyə həssas yanaşmasa, əlilliyi olan şəxslərin üzləşə biləcəkləri problemləri nəzərə almasalar, bu məsələnin tam həlli çətin olacaq. Ona görə insanlar bilməlidirlər ki, cəmiyyətdə onlarla bərabər hüquqlara sahib əlilliyi olan şəxslər var və onlar bizim əldə etdiyimiz xidmətləri rahatlıqla ala bilmirlər, onların qarşısında sərhədlər var. Bunun da həlli yolu müyəssərliyin təmin edilməsidir. Biz bununla bağlı aidiyyəti qurumlarla iş aparırıq. Plan var ki, növbəti mərhələdə müyəssərliyə sistematik baxış olması üçün dövlət proqramı hazırlansın".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub