Modern.az

“Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

“Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

İqtisadiyyat

1 Mart 2024, 11:29

Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.

 

“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi