Modern.az

Naxçıvanda dünən işdən çıxarılan rəisin yerinə o gətirildi

Naxçıvanda dünən işdən çıxarılan rəisin yerinə o gətirildi

1 Mart 2024, 12:00

Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.

 

Modern.az xəbər verir ki, S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyində çalışıb. O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub. 

 

Qeyd edək ki, xidmətin əvvəlki rəisi Bəxtiyar İsmayılov dünən tutduğu vəzifədən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu