Modern.az

Azərbaycan və Panama XİN başçıları müzakirələr APARDILAR

Azərbaycan və Panama XİN başçıları müzakirələr APARDILAR

1 Mart 2024, 12:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Panamadan olan həmkarı Janaina Qob ilə görüşüb.

Modern.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli münasibətlərin perspektivlərini və iki ölkə arasında çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.

C. Bayramov həmkarına COP29-a hazırlıq, bölgədə sülh və yenidənqurma səyləri haqqında məlumat verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu