Modern.az

Sülh müqaviləsini Azərbaycanla Ermənistan imzalamalıdır - Prezidentin köməkçisi

Sülh müqaviləsini Azərbaycanla Ermənistan imzalamalıdır - Prezidentin köməkçisi

Ölkə

1 Mart 2024, 13:36

Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə (Azərbaycanla Ermənistan-red.) bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

 

Hikmət Hacıyev onu da vurğulayıb ki, sülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır.

 

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.(APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar