Modern.az

Ermənistan-Azərbaycan sərhədi qarşıdurma xətti olmamalıdır - Hikmət Hacıyev

Ermənistan-Azərbaycan sərhədi qarşıdurma xətti olmamalıdır - Hikmət Hacıyev

1 Mart 2024, 14:04

Ermənistanla Azərbaycan arasındakı sərhəd real sərhəd olmalıdır, qarşıdurma xətti olmamalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

 

Hikmət Hacıyev qeyd edib ki, bununla bağlı Azərbaycan tərəfinin Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə dair açıq sualı var.

 

Onun sözlərinə görə, militarizasiyaya dair proqramlar artıq təşviq edilməməlidir.

 

“Azərbaycan Cənubi Qafqazda əlaqələndirmə xətlərinin inşasını davam etdirəcək. Bu prosesə Rusiya-Ukrayna müharibəsi səbəbindən deyil, çox illər əvvəl başlanılıb. Və biz Gürcüstan və Türkiyə ilə birlikdə real dəmir yolu komponenti inşa etmişik. Digər tərəfdən, Cənubi Qafqaz, Türkiyə, Qara dəniz və Xəzər dənizini əhatə edən enerji komponentini də inşa etmişik”, - Hikmət Hacıyev əlavə edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər