Modern.az

Ermənistan “Zvartnots” limanındakı rus sərhədçiləri çıxarmaq İSTƏYİR

Ermənistan “Zvartnots” limanındakı rus sərhədçiləri çıxarmaq İSTƏYİR

1 Mart 2024, 14:30

Ermənistanda Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanında olmasının məqsədəuyğunluğu məsələsi son vaxtlar fəal müzakirə olunur.

“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında olması məsələsi hakim “Mülki müqavilə” partiyasının gündəliyindədir”.

Modern.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə deyib.

"Cəmiyyətin çoxu kimi biz də bu məsələdən narahatıq. Bu, partiyamızın gündəmindədir, müzakirələr gedir, nəticələrini açıqlayacağıq".


O, müzakirələrin nə ilə və kimlərlə aparıldığını açıqlamayıb.

Bu müzakirələrin Rusiya sərhədçilərinin sayının artırılması, yoxsa onların xidmətlərindən imtina ilə bağlı olduğuna aydınlıq gətirən deputat deyib ki, “ictimaiyyəti narahat edən sərhədçilərin sayının azlığı deyil, onların orada olmasıdır”.

“Mülki müqavilə” fraksiyasının deputatı Vladimir Vardanyan isə qeyd edib ki, sərhəd təhlükəsizliyi məsələləri ikitərəfli və çoxtərəfli öhdəliklər formatında nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, “Zvartnots” məsələsini, Nerkin Handa baş verən insidenti, Ermənistan-İran və Ermənistan-Gürcüstan sərhədlərindəki vəziyyəti qarışdırmaq olmaz.

"Bu səviyyəli bütün münasibətlərdə aydın hüquqi tənzimləmələr olmalıdır ki, heç bir uyğunsuzluq yaranması. Hüquqi spesifiklik vacibdir".

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında hansı hüquqi bazaya malik olması ilə bağlı suala cavab verən Vardanyan deyib ki, qanunvericilik bazası genişdir, lakin müəyyən məsələlərdə konkretlik olmaya bilər. Onun sözlərinə görə, aeroport hüquqi mənada sərhəd məntəqəsi hesab edilsə də, faktiki sərhəd deyil.

“Biz bunu ayrıca müzakirə etməliyik, lakin hava qovşaqlarında sərhəd təhlükəsizliyi funksiyası Ermənistanın dövlət qurumlarının nümayəndələri tərəfindən həyata keçirilməlidir”, - Vardanyan əlavə edib.

Bundan əvvəl Ermənistan parıamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya sərhədçiləri “Zvartnots”  hava limanında xidmətini dayandırmalıdırlar.

Rusiya FTX-nin Ermənistandakı sərhədçiləri erməni həmkarları ilə birlikdə 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən, Türkiyə və İranla sərhədlərin mühafizəsi xidmətini həyata keçirir. Bu xidmətə Gümrü, Armavir, Artaşat və Meğridəki 4 dəstə daxildir, həmçinin Zvartnots hava limanında ayrıca nəzarət-buraxılış məntəqəsi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər