Modern.az

Jurnalistlərdən Rövnəq Abdullayevin gedişinə reaksiya: Futbolumuzu 30 il geri atdı!

Jurnalistlərdən Rövnəq Abdullayevin gedişinə reaksiya: Futbolumuzu 30 il geri atdı!

İdman

1 Mart 2024, 16:20

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev nəhayət tutduğu postdan gedir. AFFA-nın növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilib.

Bu gün Rövnəq Abdullayevin özü AFFA prezidenti postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Bununla da Azərbaycan futbolunda “Rövnəq Abdullayev erası” bitir.

Rövnəq Abdullayev 2008-ci il martın 14-də AFFA prezidenti seçilmişdi. O, 4 dəfə bu posta namizəd olmuş və həmişə kürsüsünü qorumuşdu.

İndi AFFA prezidentliyinə yeni namizədlər martın 20-dək müəyyənləşək. Yəqin ki, həmin tarixdən sonra namizədlərin kimliyinə də aydınlıq gətiriləcək.

Modern.az xəbər verir ki, idman jurnalistləri Rövnəq Abdullayev AFFA rəhbərliyindən gedişinə münasibət bildirib, bunu Azərbaycan futbolunun xilası kimi qiymətləndiriblər:

Azad Azərbaycan Televiziyasının idman redaktoru İlkin Xəlilov:

 
“Əlvida, Rövnəq Abdullayev. Çox heyf ki, AFFA-da başda Elxan Məmmədov (sabiq baş katib-red.) olmaqla çox yanlış adamlara güvəndi və 16 illik hakimiyyəti dövründə Azərbaycan futbolunu azı 30 il inkişafdan saxladı. Ümid edirəm ki, AFFA-nın yeni rəhbəri səriştəli, iş bacaran, doğru-düzgün komanda quran biri olacaq.
Sənlə mübarizəmiz isə bitdi, Rövnəq müəllim. The end!”.


“Qol.az” saytının baş redaktoru Aydın Bağırov:

“Azərbaycan futbolunda 16 illik uğursuz Rövnəq Abdullayev dövrü başa çatdı. Ümid edirəm, onunla bərabər Elxan Məmmədov, Elşad Nəsirov da gedəcək.
Aprelin 2-də bu quruma yeni prezident seçkiləri keçiriləcək. İstəyimiz yalnız budur: futbolumuzun yeni rəhbəri özünü yox, futbolu, azarkeşi və Azərbaycanı düşünsün.
Yekunda dəyişilməli olan isə təkcə AFFA-nın prezidenti yox, qurumun İcraiyyə Komitəsi də olmalıdır. Özü də sıfırdan.
Ölkə futbolunun gələcək taleyinə artıq bazar adamları yox, əsl vətənpərvər şəxlər qərar verməlidirlər”.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi