Modern.az

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək

1 Mart 2024, 16:40

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mart ayının 28-də Şamaxı Rayon Polis Şöbəsinin binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.03.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər