Modern.az

Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

1 Mart 2024, 18:07

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

Modern.az  xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.

 

Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

 

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Səfərov Elvin Eldəniz oğluna həvalə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!