Modern.az

Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində ən böyük iclas 

 Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində ən böyük iclas 

İqtisadiyyat

1 Mart 2024, 20:17

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib, bu gün iclasda 23 ölkə iştirak etdi.

 

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

 

“Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azərbaycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindirir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir”, - deyə nazir qeyd edib.

 

O bildirib ki, bu görüş çərçivəsində Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi