“2014-cü ilin dövlət büdcəsi layihəsi gələn həftə Milli Məclisə daxil olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, 2014-cü il dövlət büdcəsi layihəsi hələ hökümətdədir və komitələrə təqdim edilməyib.
“Gələn həftə büdcə layihəsinin Milli Məclisə daxil olması gözlənilir. 2014-cü ilin dövlət büdcəsi layihəsi noyabrda Milli Məclisdə müzakirə ediləcək”.
Qeyd edək ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, nominal ifadədə 18384,0 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 34,3 faizini təşkil etməklə 20063,0 mln. manat həcmində proqnozlaşdırılır.
Aytən ƏLİYEVA