Modern.az

Hacıqabulda 1000-dən çox ağac əkildi - FOTO

Hacıqabulda 1000-dən çox ağac əkildi - FOTO

Aktual

2 Mart 2024, 14:44

Martın 3-də Hacıqabul rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və təşkilatın məsul işçiləri iştirak ediblər.

 

Hacıqabul şəhərinin şərq hissəsində Hacıqabul-Şirvan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında meşə ağacları 200, göyrüş 200, oleandr ağacı 650 olmaqla ümumilikdə 1050 ağac əkilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi