Modern.az

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ 

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ 

Allah rəhmət eləsi̇n

2 Mart 2024, 18:27

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

 

Məlumata görə, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib. Gəncin ölüm səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.

 

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. 

 

Vüsal Məlikov Vətən müharibəsindən sonra “Laçının azad olunmasına görə” medalına layiq görülüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi