Modern.az

Qəzzaya havadan yardım göndərildi

Qəzzaya havadan yardım göndərildi

Dünya

2 Mart 2024, 20:58

ABŞ-a məxsus C-130 yük təyyarələri Qəzza zolağına humanitar yardım çatdırmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb 

 

Yardımın havadan çatdırılacağı bildirilir.

 

Məlumata əsasən, üç yük təyyarəsi Qəzza zolağına 38 min yeməkdən ibarət paketlər atıb. ABŞ rəsmisinin sözlərinə görə, yardım Qəzza zolağının cənub-qərbinə - Aralıq dənizi sahili boyunca yerləşən çimərliyə çatdırılıb.

 

Yardımın çatdırılması İordaniya ilə razılaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi