Modern.az

Koksaki virusu nədir - Əlamətləri

Koksaki virusu nədir - Əlamətləri

Aktual

2 Mart 2024, 22:17

Koksaki kiçikyaşlı uşaqlarda özünü ağız ətrafında, ağzın içində, əllərdə və ayaqlarda büruzə verən bir virusdur. Mütəxəssislərin dediyinə görə, ona adətən 3-10 yaş arası uşaqlarda rast gəlinir.

 

Modern.az xəbər verir ki, həkim-pediatr Lalə Nurməmmədova deyib:

 

“Koksaki fekal-oral yolla yayılan virusdur. Xəstədə hərarət və halsızlıq, qusma, ishal, ən əsası da səpgilər ola bilər. Yay-yaz, payız aylarında daha çox və kiçik epidemiyalar şəklində yayılır. Virus daha çox bağça və ibtidai sinif yaşlı uşaqlarda özünü göstərir”.

 

Həkim-pediatr deyir ki, səpgilər təxminən 2-3 gün ərzində davam edir. Həmin müddət ərzində uşaqlar karantində olmalıdır. Bəzən bu xəstəlik suçiçəyi ilə qarışdırılır, ona görə də uşaqların hansı virusa yoluxduğunu müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir.

 

“Koksaki suçiçəyi qədər çox ağır olmur. Bütün viruslarda olduğu kimi ağırlaşmış formada pnevmoniya, meningit ola bilər. Xəstəlik ağrılı və qaşıntılar çox olduqda dəstəkləyici tədbirlər görülməlidir. Antibiotik və ya antiviral dərmanlardan istifadə edilmir”, – deyə həkim-pediatr bildirib.

 

Həkim uşaqlar arasında Koksaki virusu olmasından təşvişə düşməməyi tövsiyə edir, çünki yoluxma epidemiya halında deyil. Əsas məsələ vaxtında həkimə müraciət etməkdir. Virus 3 gündən artıq davam edərsə, uşaq həkim nəzarəti altında olmalıdır, əks halda fəsadlar yarana bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub