Modern.az

"Fənərbağça" səfərdə üç xal qazandı

İdman

2 Mart 2024, 23:15

Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cengiz Ündər vurub.

 

Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

 

Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır