Modern.az

Texas ştatı ABŞ-dən ayrıla bilər

Texas ştatı ABŞ-dən ayrıla bilər

Dünya

3 Mart 2024, 10:53

Texasda seçkili vəzifəyə namizədlərin çoxu ştatın ABŞ-dən ayrılmasını müdafiə edənlərdir.

 

Modern.az xəbər verir ki, bu barədə Texasın “Dallas Morning News” qəzeti yazıb.

 

Materialın müəllifləri ABŞ-də bir çox ştatları növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi “Super çərşənbə axşamı”nın yaxınlaşması ilə bağlı həyəcan təbili çalırlar.

 

“Bəzi namizədlər Texasın məlum müstəqillik istəyinin tərəfdarıdırlar və ştatın ABŞ-dən ayrılmasını dəstəkləyirlər. “Texası geri qaytaraq” istəyinə imza atan namizədlərin sayı həyəcan vericidir.

 

Bu öhdəlik, seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-nin maraqlarından üstün tutacağı və ştatın Birləşmiş Ştatlardan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edəcəyi vədini ehtiva edir”,- məqalədə qeyd olunub.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU