Modern.az

Pakistanda leysan yağışları - 27 nəfər öldü

Pakistanda leysan yağışları - 27 nəfər öldü

Dünya

3 Mart 2024, 17:12

Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.

 

“Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

 

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.

 

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi