Modern.az

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

İqtisadiyyat

4 Mart 2024, 13:04

Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.

 

Energetika Nazirliyindən Modern.az-a bildirilib ki, iclasda ölkəmizi komissiyanın həmsədri nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi