Modern.az

Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?

Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?

Ölkə

4 Mart 2024, 13:52

“Qobu Park-3” yaşayış kompleksində sahibsiz itlər azyaşlıya hücum edib. Uşaq ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdiirlib. Daxili İşlər Nazirliyi məsələdən məlumatlı olduğunu, faktla bağlı araşdırma aparıldığını bildirib.

 

Hadisədən sonra yenidən sahibsiz heyvanlara qarşı mübarizə məsələsi gündəmə gəlib. 

 

Bakıda sahibsiz itlərə qarşı mübarizəni hansı qurum həyata keçirir?

 

Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi mövcud olub. Sözügedən idarədən bir neçə dəfə yerli mətbuata açıqlamalar verilib. 

 

Lakin Departmentdən Modern.az-a bildirilib ki, qurum daxilində sahibsiz itlərlə mübarizə idarəsi fəaliyyət göstərmir. 

 

Departamentin sturukturunda da sözügedən idarə barədə heç bir məlumat yer almayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...