Modern.az

Yeni radionun açılması üçün sənəd qəbulu başa çatdı

Yeni radionun açılması üçün sənəd qəbulu başa çatdı

4 Mart 2024, 21:12

Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

 

Şuradan Modern.az-a verilən xəbərə görə, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

 

"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")

 

"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")

 

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər