Modern.az

Vanna otağında kişi meyiti aşkarlandı

Vanna otağında kişi meyiti aşkarlandı

5 Mart 2024, 10:28

Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 07 radələrində Zaqatala şəhəri ərazisində baş verib.

 

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil