Modern.az

Quru sərhədlərinin bağlı qalması Gürcüstana da ziyan vurub

Quru sərhədlərinin bağlı qalması Gürcüstana da ziyan vurub

İqtisadiyyat

5 Mart 2024, 12:54

"Gürcüstan Azərbaycandan quru sərhədinin bağlanmasından sonra 1,5 milyondan çox turist itirib".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan 2019-cu il pandemiyadan əvvəlki dövrlə müqayisədə turist axınını tam bərpa edə bilməyib və Gürcüstan-Azərbaycan sərhədinin bağlanması nəticəsində dəymiş ziyan 400 milyon dollara çatıb.

 

2020-ci ildə Azərbaycan koronavirus pandemiyası səbəbindən quru sərhədlərini bağlayıb. Ötən ilin sonunda məhdudiyyətlər 2 aprel 2024-cü ilə qədər uzadılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi