Modern.az

Ötən il İlham Əliyev 17 ölkəyə səfər edib

Ötən il İlham Əliyev 17 ölkəyə səfər edib

Aktual

5 Mart 2024, 15:42

2023-cü ildə Prezident İlham Əliyev 17 ölkəyə dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

 

Bildirilib ki, ümumilikdə, il ərzində Azərbaycan Prezidenti tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Macarıstan, Türkiyə, Almaniya, Tacikistan, Qazaxıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Belçika, Litva, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Serbiya və Rusiyaya dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?