Modern.az

Bakı valyuta mübadiləsi məntəqəsi açıldı

Bakı valyuta mübadiləsi məntəqəsi açıldı

İqtisadiyyat

5 Mart 2024, 17:30

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Mərkəzi Valyuta" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

 

Modern.az bu barədə AMB-yə istinadən xəbər evrir.

 

Məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, b81 ünvanında fəaliyyət göstərəcək.

 

Hazırda “Bakı Mərkəzi Valyuta”dan başqa daha 4 şirkət - “Eliko”, “Delta Capital”, “Zuhur” və "Meta-Kapital" MMC-lər müvafiq lisenziyaya malikdirlər.

 

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" ilk lisenziyanı 2022-ci ildə alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi