Uzun müddətdir ANS TV-də çalışan telejurnalist, bu kanaldakı “Düz Bucaq” verilişinin keçmiş aparıcısı Ayaz Nizamioğlu (Mirzəyev) özünə yeni iş yeri tapıb. Modern.az saytının məlumatına görə, bu ilin iyulunda ANS-i tərk etmiş Ayaz Nizamioğlu bundan sonra “Space” telekanalında fəaliyyət göstərəcək.
Ayaz Nizamioğlunun sözlərinə görə, o, “Space”də müəllif verilişi ilə efirə çıxacaq. Telejurnalist bildirib ki, onun müəllif və aparıcılıq edəcəyi veriliş kriminal problemlərdən bəhs edəcək, psixoloji məqamlarla zəngin olacaq. A.Nizamioğlu yeni verilişinin hazırda telekanallarda kriminal mövzuda yayımlanan proqramlardan fərqlənəcəyini deyib.
A.Qorxmaz