Modern.az

30 minədək Qarabağ ermənisi Ermənistanı tərk edib

30 minədək Qarabağ ermənisi Ermənistanı tərk edib

6 Mart 2024, 13:02

İrəvanda Qarabağdan köçüb gəlmiş ermənilərin ehtiyaclarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mətbuat konfransını qondama “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan və Xankəndidən olan QHT sədri Armen Asryan keçirib.

Onlar bildiriblər ki, Qarabağ erməniləri narahat edən məsələlərdən danışıblar. Bildiriblər ki, ən böyük problem mənzillə bağlıdır. Brifinqin təşkilatçıları sözügedən problemlə bağlı Ermənistan hökumətinə açıq məktub ünvanladıqlarını və imzatoplamaya başladıqlarını deyiblər.

Təklif ediblər ki, hökumət yaşayış üçün daşınmaz əmlakın alınması məqsədilə hər bir köçkünə rayon qəsəbələrində orta qiymətlərə uyğun 5 milyon dram məbləğində baza vəsaiti ayırsın.

Asryan deyib ki, onlarda 30 minə yaxın Qarabağ ermənisinin Ermənistanı tərk etdiyi barədə məlumatlar var. O, bu rəqəmin arta biləcəhyini də qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?