Modern.az

Martın 8-də Bakı-Ağstafa qatarlarında reyslərin sayı artırılacaq

Martın 8-də Bakı-Ağstafa qatarlarında reyslərin sayı artırılacaq

Aktual

6 Mart 2024, 13:06

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edir.

 

Modern.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

 

Bildirilir ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək.

 

Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

 

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?