Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığının təfərrüatları barədə məlumat açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirlib
Nazirlər ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
“Xarici İşlər nazirliklərinin rəhbərləri ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, həmçinin ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər”, - deyə rəsmi məlumatda bildirilib.