Modern.az

AKİ-nın sədri Şamaxıda təsərrüfatlara baxış keçirib - FOTO

AKİ-nın sədri Şamaxıda təsərrüfatlara baxış keçirib - FOTO

Aktual

6 Mart 2024, 15:08

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev martın 6-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, əkin subsidiyası, aqrar sığorta və digər məsələlərlə bağlı olub.

 

AKİA-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

 

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Kələxana kəndində Rabbath Tamella Vəliyevaya məxsus damazlıq heyvan təsərrüfatında olan Agentlik sədri burada “Holstein” və “Simmental” cinsli inəklərin saxlanılma şəraiti ilə tanış olub. Təsərrüfatın ehtiyacları ilə maraqlanıb, dövlət tərəfindən göstərilə biləcək əlavə dəstəklər barədə məlumat verib.

 

Sonra Seymur Mövlayev Sabir qəsəbəsində toxumçu fermer Hamlet İsrafilova məxsus taxıl sahəsinə baxış keçirib. Burada fermer ərzaqlıq buğda əkini üçün yaradılan imkanlar və müasir suvarma sistemlərinin qurulmasında tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

 

Daha sonra Agentlik sədri Mərzəndiyə kəndində AKİA-nın dəstəyi ilə salınan intensiv meyvə bağında əkilən şaftalı, nektarin və ərik ağacları, həmçinin ərazidə yaradılan şəraitlə tanış olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?