“Biz Qəzza zolağına humanitar yardım göndərmək barədə qərar qəbul etmişik”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qahirədə Müqəddəs Qriqori İlluminator kilsəsində yerli erməni icmasının bir qrup nümayəndəsi ilə görüşündə deyib.
“Bu məsələdə Misir hökumətinin dəstəyinə ehtiyacımız var, çünki logistika zəncirləri və bunun necə ediləcəyi aydın deyil. Bizim ilkin razılaşmamız var idi və biz bunu praktikada ən qısa zamanda təşkil edəcəyik”, - Nikol Paşinyan bildirib.