Azərbaycançılıq ideyası uğrunda sıx birləşən xalqımız Zəfər qazanaraq qalib adını tarixə yazdı. Bu gün Azərbaycan Cənubi Qafqazın və dünyada gedən qlobal proseslərin mühüm aktoruna çevrilib.
Modern.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.
Bahar Muradova bildirib ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindı böyük irəliləyişlər əldə edilib. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.
Qadınların zəngin potensialından istifadə olunmasının əhəmiyyətini vurğulayan komitə sədri ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini bildirib.
“COP29-un Təşkilat Komitəsində qadınların da yer almaları bu prosesə töhfə vermək imkanlarımızı daha da artırır”, - deyə o əlavə edib.