Modern.az

Qriqoryan deputatlarla qapalı görüşdə nələrdən danışıb...

Qriqoryan deputatlarla qapalı görüşdə nələrdən danışıb...

7 Mart 2024, 09:14

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən parlamentdə hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla qapalı iclas keçirib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, iclasda həm Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyi təqdirdə ölkəni gözləyən təhlükələr və imtiyazlar, həm də dövlətin digər təhlükəsizlik məsələləri müzakirə edilib.

İclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş məruzə təqdim edib və Rusiyadan Aİ-yə keçid nəticəsində hansı iqtisadi risklərlə üzləşəcəklərindən söz açıb, iqtisadi riskləri dəyərləndirib. Eyni zamanda xarici siyasətin “şaxələndirilməsinin” hansı nəticələrə gətirib çıxaracağından danışıb.

Armen Qriqoryan Ermənistanın Rusiya ilə “göbək bağı” ilə bağlı olduğunu etiraf edib və kəskin addımlar atılacağı təqdirdə həm Yuxarı Lars keçid məntəqəsinin erməni yükdaşıyıcılarının üzünə bağlana biləcəyini, həm də ciddi təhlükəsizlik təhdidləri olacağını deyib.

Qərbin Ermənistanın problemlərini “şaxələndirməyə” hazır olub-olmaması ilə bağlı suala cavabında Qriqoryan deyib ki, onlar hələ hazır olduqlarını bildirməyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?