Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Modern.az xəbər verir ki, mərhələnin 7 matçı baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” evdə “Bayer”lə görüşəcək. Üç dueldə “Böyük beşlik” təmsilçiləri bir-biri ilə qarşılaşacaq. “Roma” “Brayton”la, “Marsel” “Vilyarreal”la, “Frayburq” “Vest Hem”lə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələyə martın 6-da keçirilən “Sportinq” - “Atalanta” matçı (1:1) ilə start verilib.
Avropa Liqası
1/8 final, ilk oyunlar
7 mart
21:45. “Sparta” - “Liverpul”
21:45. “Roma” - “Brayton”
21:45. “Qarabağ” - “Bayer”
00:00. “Marsel” - “Vilyarreal”
00:00. “Benfika” – “Reyncers”
00:00. “Frayburq” – “Vest Hem”
00:00. “Milan” - “Slaviya”