Modern.az

Bərdədə zəncirvari qəza - Xəsarət alanlar var

Bərdədə zəncirvari qəza - Xəsarət alanlar var

7 Mart 2024, 14:28

Bərdədə zəncirvari qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük avtomobili (TIR) ilə "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "BMW" markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsibov Nəsib Allahverən oğlu və 2003-cü il təvəllüdlü Nəcəfov Fariz Nurəli oğlu xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU