Modern.az

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçiriləcək - İLK DƏFƏ

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçiriləcək - İLK DƏFƏ

Ölkə

7 Mart 2024, 16:33

Bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək.

 

Modern.az-ın məlumatına görə,  bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

 

“Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”, - o qeyd edib.

 

Qeyd edək ki, fevralın 7-də keçirilən prezident seçkiləri zamanı azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qey­də alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu