UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.
Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.
***
Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer" oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, Patrik Şik 92-cu dəqiqədə bərabərlik qolunu vurub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.
***
23:17
Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer 04 Leverkusen" oyununda hesab arasındakı fərq azalıb.
Modern.az xəbər verir ki, 71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldıb. Vits adını tabloya yazdırıb - 2:1.
***
22:38
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və "Bayer" komandaları arasındakı oyunda fərq artıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.
Bununla da birinci hissə başa çatıb.
***
22:14
"Qarabağ" və "Bayer 04" arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.
Modern.az xəbər verir ku, 26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.
***
21:45
UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.
***
20:45
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın “Bayer" komandasının start heyətləri açıqlanıb.
Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": Andrey Lunyov, Tural Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Yassin Benzia, Ulio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.
"Bayer”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek. Baş məşqçi: Xabi Alonso.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.