Modern.az

Səlim Müslümov: "Dövlət qurumlarında paketli maaş yoxdur"

Səlim Müslümov: "Dövlət qurumlarında paketli maaş yoxdur"

28 Aprel 2010, 13:25

Aprelin 28-də Ümumdünya Əməyin Təhlükəsizıliyi və Mühafizə günü ilə əlaqdar Dövlət Sosial Müdafiə Fondu xarici ölkə mümayəndələrinin iştirakı ilə seminar keçirib. Modern.az xəbər verir ki. seminarda 7 ölkədən 27 nümayəndə iştirak edib.

Seminarda çıxış edən DSMF-nun rəhbəri Səlim Müslümov bildirib ki, sürətli iqtisadiyyatın inkişafı nəticəsində Azərbaycanda nümunəvi sosial müdafiə sistemi qurulub.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlyindən sığortanma ilə bağlı qanun Mili Məclisə üçüncü oxunuş üçün təqdim edilib. Qanuna uyğun olaraq azərbaycanda məcburi sığortalanma həyata keçiriləcək. Bu qanun Azərbaycan üçün yeni olduğu üçün hələ oktyabr ayının əvvəlində Almaniyanın müvafiq dövlət fondunun rəhbəri, o cümlədən Beynəlxalq Sosial Təminat Assosiyasının bədbəxt hadisələrdən sığortalanma Komissiyasının rəhbəri ilə görüşlər keçirilmişdir. O zaman da nəzərə alınmışdır ki, belə bir seminarın keçirilməsinə ehtiyac var”.

Səlim Müslümov özəl və dövlət qurumlarında paket maaşlarla da bağlı məsələyə də aydınlıq gətirdi. O bilidirib ki, dövlət sektorunda hər hanası bir problem yoxdur.

“Bu məsələ ilin əvvəlindən gündəmdədir. Bizim tərəfimizdən bəzi dövlət və özəl müəssisələrdə monotorinqlər aparılır. Dövlət sektorunda belə hallarla qarşılaşmamışıq. Dövlət qurumlarında əmək haqqı nazirliklər tərəfindən təyin edilir. Amma özəl tibb müəssisələrində montorinqlər başqa şeyi göstərdi. Məsələn, Mərkəzi Kliniki Xəstəxanda tibb işçiləri 600 manata yaxın maaş alırlar. Digər özəl tibb müəssisələrində isə əmək haqqı 124 manat kimi göstərilir".

Özəl müəssisələrdə vergidən daha çox yayaınmalar olur. İşsizlərin qeydiyyata alınmalarında, əmək haqqı məbləğlərinin göstərilməsində neqativ hallara rast gəlmək olur. Son nəticədə DSMF-na ödəmələrin məbləği aşağı düşür”.

S.Müslümov onu da qeyd edib ki, ilin sonuna qədər DSMF-nin bütün fəaliyət istiqamətləri avtomatlaşdırılacaq:

“Elekton sisitem tətbiq olunacaq. Bununla bağlı proqramlar icra olunur. Bu il avtomatlaşdırma tam başa çatacaq. Pensiyaların hesablanmasının avtomatlaşdırılması da həyata keçiriləcək”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin sədri Nəbi Şükürlü isə deyib ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il istehsalat qəzaları və peşə xəstəliyi səbəbindən 2.3 milyon çox işçi həyatını itirir:

“Bununla belə, cəmiyyətin əməyin mühafizəsinin mühüm əhəmiyəti hələ lazımınca dərk olunmamışdır. Bu sahədə mövcud vəziyyəti dəyişmək üçün beynəlxalq və mili səviyyələrdə aktiv fəaliyyətin göstərilməsinə ehtiyac var. Araşdırmalar göstərir ki, 15-24 yaşlı işçilər özlərindən yaşça daha böyük və bir çox hallarda daha təcrübəli olan işçilərə nisbətən az ölümlə nəticələnən hadisələrin qurbanı olurlar. Statistik məlumatlara görə, 55 yaşından yuxarı işçilər isə daha çox peşə xəstəliklərinə düçar olurlar”. N.Şükürlünün sözlərinə görə,

2010-cu ildə tikinti və digər sahələrdə bədbəxt hadisələr nəticəsində 15 nəfər ölüb.

Nəbi Şükürlü bildirib ki, son üç ildə istehsalatda baş vermiş bədbəxt hadisələrdə zərərçəkmişlərin sayı 18 faiz, ölənlərin sayının isə 46 faiz azalması müşahidə edilir: “İşçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta olunmasına dair müvafiq normativ-hüquqi aktlar olmadığından bir sıra çətinliklər yaranır. Hesab edirəm ki, qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılması muzdla işləyən 1 milyon 376 mindən çox vətəndaşın hüquqların qorunmasında mühüm amil olacaq. Ümumilikdə keçən il 587 min şirkətə əmək qanunvericiliyini pozduğuna görə cərimə tətbiq olunub”. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi