Modern.az

Toplum TV-nin təsisçisi SAXLANILDI

Toplum TV-nin təsisçisi SAXLANILDI

Media

8 Mart 2024, 14:56

Tanınmış media eksperti, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə onun qardaşı Nəsimi Məmmədli bildirib.

Qardaşı Ə.Məmmədlinin hazırda harada saxlanıldığını bilmədiklərini deyib.

Xatırladaq ki, ötən gün Toplum TV-nin  ofisində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Həmin tədbirlər çərçivəsində Toplum TV-nin əməkdaşı Fərid İsmayilov saxlanılıb.

 Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur